“Barselona”nın futbolçusunun evi qarət edildi

21:00 - 23 Noyabr 2021

 

“Barselona”nın futbolçusu Ansu Fatinin evi qarət olunub.


Sportal.az xəbər verir ki, hadisə zamanı 18 yaşlı hücumçunun ailəsi evdə olub. Onlar televiziyada “Barselona” – “Espanyol” matçını izləyirmiş.


Soyğunçular evdən pul və zinyət əşyaları oğurlayıblar. Fatinin ailə üzvlərinə xəsarət yetirilməyib. Faktla bağlı cinayət işi açılıb.

Xəbər xətti