PSJ-nin baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 5-ci turu çərçivəsində “Mançester Siti”yə 1:2 hesabı ilə uduzduqları görüş haqda danışıb.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis matç haqda bunları deyib:
“Birinci yarıda oyun bizim üçün çətin keçdi. Fasilədən sonra oyunda dominantlıq etdik və qol epizodları yaratdıq. Fikrimcə, bəxtimiz gətirmədi. Amma “Mançester Siti”nin haqqını da vermək lazımdı”.
