Paytaxt klubunda yeni müqavilə olacaq

22:28 - 25 Noyabr 2021

"Çelsi"nin müdafiəçisi Tyaqo Silva Londonu tərk etməyəcək.

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu komandadan ayrılmaq niyyətində deyil.

Mövsüm sonunda klubla müqaviləsi başa çatacaq futbolçuya daha 1 illik müqavilə təklif edilib. Təcrübəli müdafiəçi yeni təkliflə razılaşıb və yaxın vaxtlarda onun müqaviləsi artırılacaq.

Xəbər xətti