PSJ-nin baş məşqçisi Maurisio Poçettino yayda komandaya transfer edilən və hələ ki, debüt etməyən Serxio Ramos haqda danışıb.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis ispanın nə zaman debüt edəcəyilə bağlı fikirlərini bildirib:
"Ramosun digər çempionata necə adaptasiya olunmasına fikir vermək lazımdı. Onun nə vaxt oynayacağını proqnozlaşdırmaq mümkün deyil. Bu, həqiqətən vaxt aparacaq. Bu mənada fikir bildirmək asan deyil".
Yayda "Real"dan aryılaraq PSJ-yə keçən təcrübəli futbolçu hələ ki, Paris klubunda debüt etməyib.
