Xosep Qvardiola milli komandada çalışmaq istədiyini bildirib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis özü bu barədə açıqlama verib:
"Mançesterdə işimi başa vurduqdan sonra Dünya çempionatı və ya Avropa çempionatında millinin baş məşqçisi kimi işləmək maraqlı olar. Ancaq adətən bu asan deyil, çox az vakansiya var.
Amma bu baş verməsə, klubu çalışdırmağa davam edəcəm. İngiltərədəki işdən danışırıqsa, mən yalnız "Mançester Siti"də işləməyi düşünürəm. Bilirsiniz, illər əvvəl heç vaxt düşünməzdim ki, “Mançester Siti”nin baş məşqçisi olacam və 6 mövsüm komandada işləyəcəm. Heç vaxt. Gəlin görək bundan sonra nə olacaq".
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Komanda onun rəhbərliyi altında 3 dəfə İngiltərə çempionu olub və Çempionlar Liqasının finalında oynayıb.
