Meydana 9 nəfərlə çıxdılar, "Benfika" qalib gəldi - VİDEO

11:49 - 28 Noyabr 2021

Portuqaliya çempionatının 12-ci turu çərçivəsində keçirilən "Belenenseş" - "Benfika" matçı vaxtından əvvəl başa çatıb.

Sportal.az xəbər verir ki, ev sahiblərinin bir çox futbolçusu koronavirusa yoluxduğuna görə meydana 9 nəfərlə çıxıb. Matçdan öncə klub oyunun təxirə salınması üçün federasiyaya müraciət etsə də, onlara "yox" cavabı verilib.

İlk yarıda "Benfika" rəqib qapısından 7 qol keçirib. Fasilədən sonra isə "Belenenseş" meydana 7 oyunçu ilə çıxa bilib. Daha bir oyunçusu zədələndiyinə və komandasını meydanda 6 nəfərlə qoyduğuna görə baş hakim matçı dayandırıb. 

"Belenenseş" 12 turdan sonra 15-ci pillədə qərarlaşıb. 

Xəbər xətti