"Lokomotiv"dən "Mançester Yunayted"ə

13:29 - 28 Noyabr 2021

"Lokomotiv"in yarımmüdafiəçisi Dmitri Barinov "Mançester Yunayted"in maraq dairəsinə düşüb.

Sportal.az xəbər verir ki, bu transfer Ralf Ranqnikin Mançester klubuna baş məşqçi təyin olunacağı halda baş verəcək.

Belə ki, son vaxtlar “qırmızı şeytanlar”ı hazırda Moskva klubunun idman və uşaq futbolunun inkişaf şöbəsinin rəhbəri kimi çalışan Ranqnikin çalışdıracağı ehtimal edilir.

63 yaşlı mütəxəssis Mançesterə yollanacağı təqdirdə özü ilə Florian Qriliş (“Hoffenhaym”), Cibril Sou  (“Ayntraxt”), Lukas Klostermann, Nordi Mukiele və Yusuf Poulsenlə (hamısı “Leypziq”) İngiltərəyə apara bilər. 

​O, “Ştuttqart”, “Hannover 96”, “Şalke”, “Leypziq”i çalışdırıbı.

 

Xəbər xətti