Mahirin komandası "Yagelloniya"ya qarşı

13:44 - 28 Noyabr 2021

Milli komandamızın hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Legiya" bu gün Polşa yüksək liqasında növbəti görüşünə çıxacaq. 

Sportal.az xəbər verir ki, Varşava klubu "Yaqelloniya"nı qəbul edəcək.

Matç Bakı vaxtı ilə 20:30-da start götürəcək. 

"Legiya" hazırda aktivindəki 9 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

"Yagelloniya" isə turnir cədvəlində 8-ci pillədədi.

20:30. "Legiya" - "Yagelloniya"

Xəbər xətti