"Bir şeyi başa düşmürəm, nəyə görə oyunu təxirə salmadılar?"

14:12 - 28 Noyabr 2021

“Mançester Siti”in yarımmüdafiəçisi Bernardo Silva Portuqaliya çempionatının 12-ci turu çərçivəsində keçirilən və skandala səbəb olan “Belenenseş” – “Benfika” matçı haqda şəxsi tvitter səhifəsində yazıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu bunları yazıb: “Bu nədir? Bir şeyi başa düşmürəm, nəyə görə oyunu təxirə salmadılar?".

Xatırladaq ki, “Belenenseş” “Benfika” matçına 9 futbolçu ilə çıxıb. Sonradan ev sahibləri meydanda 6 nəfərlə qaldığına görə baş hakim oyunu yarımçıq dayandırıb və “Belenenseş” məğlub sayılıb. 

 

Xəbər xətti