"Onlara qalib gəlmək üçün ideal oynamaq lazımdı"

15:52 - 28 Noyabr 2021

"Sevilya"nın futbolçusu İvan Rakitiç İspaniya Primerosunun 15-ci turu çərçivəsində "Real"a qarşı keçirəcəkləri oyundan gözləntilərini açıqlayıb.

Sportal.az xəbər verir ki, xorvatiyalı "kral klubu" haqda bunları deyib: "Bu, son illərin ən güclü "Real"ıdı.

Onların heyətində həm təcrübəli, həm də güclü gənc futbolçular var. Həmin futbolçular səhv etmir. "Real"a qalib gəlmək üçün ideal oynamaq lazımdı".

Xəbər xətti