Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti bəlli oldu

18:55 - 3 Dekabr 2021

Futzal üzrə Ukrayna millisinin Bakıda Azərbaycana qarşı keçirəcəyi yoxlama görüşlərində hansı oyunçulardan istifadə edəcəyi məlum olub. 

Sportal.az xəbər verir ki, ukraynalıların baş məşqçisi Aleksandr Kosenko Bakıdakı 2 matç üçün 16 oyunçuya ehtiyac duyub.

Qapıçılar: Kiril Çıpun, Yuriy Savenko, Aleksandr Suxov

Meydan oyunçuları: Sergey Malışko, Petr Şoturma, Mixail Zvarıç, Nikolay Beloçerkoveç, İqor Korsun, Vladimir Razuvanov, Aleksandr Pedyaş, Sergey Jurba, Yaroslav Lebed, Yevgeni Serıy, Danill Abaşkin, Artyom Farenyuk, Vitali Radeviç

Azərbaycan – Ukrayna matçı dekabrın 18 və 19-da 18:00 da start götürəcək.

Xəbər xətti