“Mançester Yunayted”in yeni baş məşqçisi Ralf Ranqnik müqaviləsində Erlinq Haalandın transferinə görə 10 milyon bonus alacağı ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis həmin xəbərləri yalanlayıb:
"10 milyon avro Haalandın transferinə görə bonus alacağam? 10 milyon avro Mbaeppe üçün, 10 milyon avro Levandovski, 10 milyon avro da Kimmix transferi üçün? Xeyr, bu cəfəngiyyatdı.
Müqaviləmdə bu cür bənd yoxdu. Baxmayaraq ki, Haalandın əla hücumçu olduğunu hamıdan yaxşı bilirəm”.
