Braziliya millisinin sabiq lideri Ronaldo “Valyadolid”i almaq qərarına necə gəldiyi barədə danışıb.
Sportal.az xəbər verir ki, o, “başqa klub almaq fikriniz varmı?” sualına da cavab verib:
“Uzun müddət İngiltərə 2-ci liqasında klub axtarırdım. Amma hər şey çox baha idi. Sonradan Portuqaliya və İspaniyada klub axtarışına davam etdim. Bu ölkələrdə qiymətlər daha münasib idi. Sadəcə heç nəyi bəyənmədim.
Nəticədə “Valyadolid”i 25 milyon avro borc daxil olmaqla 30 milyona aldım. Cəmi 2 oyunçu var idi, qalanların hamısını icarəyə götürüldü. Başqa klub almaq? Bütün pullarım “Valyadolid”ə yatırmışam”.
