Polşa çempionatında 17-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” növbəti matçına çıxıb.
Plotsk təmsilçisi səfərdə “Stal”la qarşılaşıb.
Krivotsyukun komandası bu oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Millimizin üzvü start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. O, 43-cü dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
saytlarin hazirlanmasi
