"Keşlə" qışda bir neçə futbolçu ilə yollarını ayırmaq niyyətindədi.
Sportal.az saytının məlumatına görə, paytaxt təmsilçisinin heyətdə saxlamaq istəmədiyi oyunçulardan biri də Miyuşko Boyoviçdi.
Qış “transfer pəncərəsi” zamanı monteneqrolunun əvəzinə komandaya başqa futbolçunun cəlb edilə biləcəyi ehtimal edilir. 33 yaşlı futbolçu 2019-cu ildə “Uypeşt”dən “Keşlə”yə keçmişdi.
