"Çalışacağıq ki, “Neftçi” oyununda da uduzmayaq"

21:19 - 6 Dekabr 2021

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev Sportal.az saytına açıqlama verib. Futbolçu komandasının “Zirə” ilə görüşdəki nəticəsindən söz açıb:

“Yaxşı oyun oldu. Hər 2 komanda mübarizə apardı. Şadam ki, qələbə qazanmağı bacardıq. Çünki vacib oyun idi və bu cür oyunda qələbə qazanmaq çox sevindiricidi. Fasilədən sonra bilirdik ki, üstümüzə gələcək rəqib. Biz hər şeyə hazır idik. Bəli, vacib oyun idi. Qələbə bizə çox vacib idi. Çalışacağıq ki, “Neftçi” matçında da əlimizdən gələni edib, uğurlu nəticə qazanaq”.

“Bu mövsüm “Qəbələ” əzmkar mübarizə aparır. Bu da elə qələbəmizdə böyük rol oynayır. Bütün oyunlarda sona qədər mübarizə aparıb, xarakter göstərir komanda. Çalışacağıq ki, “Neftçi” oyununda da uduzmayaq. “Neftçi”yə qarşı da sona qədər mübarizə aparıb, əzmkarlıq göstərəcəyik” - deyə, futbolçu fikirlərini yekunlaşdırıb. 

Xəbər xətti