"Mançester Siti"nin sabiq qapıçısı bu klubla 1 aylıq müqavilə imzaladı

10:21 - 7 Dekabr 2021

"Çelsi" və "Mançester Siti"nin sabiq qapıçısı Villi Kabalyero "Sauthempton"la anlaşıb. 

Sportal.az xəbər verir ki, 40 yaşlı qolkiper Premyer Liqa klubu ilə 1 aylıq müqavilə imzalayıb.

İngiltərə klubunun onunla müqavilə imzalamasının səbəbi, qapıçıları Freyzer Forster və Aleks Makkartinin eyni anda sıradan çıxmasıdı.

2020/2021 mövsümündə "Çelsi"də 2 oyun keçirmiş ispan yaydan bu yana azad agent statusu daşıyırdı. 

Xəbər xətti