Çempionlar Liqası: "Real" "İnter"ə qarşı ,"Milan" "Liverpul"u qəbul edəcək

10:35 - 7 Dekabr 2021

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin 6-cı turuna start veriləcək.

Sportal.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qrupunun matçları keçiriləcək.

A qrupunda yer alan “Mançester Siti” səfərdə “Leyptsiq”i sınağa çəkəcək. PSJ isə “Brügge”ni qəbul edəcək. Həm “Mançester Siti”, həm də PSJ artıq pley-off mərhələsinə vəsiqəni təmin edib.

B qrupunda “Milan” “Liverpul”u məğlub etməyə çalışacaq. "Atletiko" isə “Portu” ilə üz-üzə gələcək. “Liverpul”dan savayı digər komandalar növbəti mərhələyə vəsiqə qazanmaq üçün son turdakı şansından istifadə edəcək. Mersisaydlılar artıq pley-offa vəsiqəni təmin edib.

C qrupunda isə Türkiyə təmsilçisi "Beşiktaş" "Borussiya" ilə üz-üzə gələcək. "Qara qartal"lar bu mövsüm ÇL-in qrupunda hələ ki, xal toplaya bilməyib. Sərgən Yalçının komandası məhz son turda mövsümü xalsız başa vurmamaq üçün mübarizə aparacaq.

D qrupunda isə "Real" və "İnter" növbəti mərhələyə vəsiqəni öncədən təmin edib. Sadəcə onlardan hansının qrupu lider kimi başa vuracağı maraqla gözlənilir. Avropa Liqasına isə "Şaxtyor" yox, "Şerif" yollanacaq.

UEFA Çempionlar Liqası

7 dekabr

A qrupu

21:45 "Leyptsiq" (Almaniya) – "Mançester Siti" (İngiltərə)
21:45 PSJ (Fransa) – "Brügge" (Belçika)

 

B qrupu

00:00 "Milan" (İtaliya) – "Liverpul" (İngiltərə)
00:00 "Portu" (Portuqaliya) – "Atletiko" (İspaniya)

C qrupu

00:00 "Borussiya" (Dortmund, Almaniya) – "Beşiktaş" (Türkiyə)
00:00 "Ayaks" (Niderland) – "Sportinq" (Lissabon, Portuqaliya)



D qrupu

00:00 "Real" (Madrid, İspaniya) – "İnter" (İtaliya)
00:00 "Şaxtyor" (Donetsk, Ukrayna) – "Şerif" (Moldova)

Xəbər xətti