"Qarabağ" İsveçrəyə nə vaxt uçacaq?

12:13 - 7 Dekabr 2021

"Qarabağ"ın Konfrans Liqasının 6-cı turunun "Bazel"lə oyunu üçün İsveçrəyə yollanacağı tarix məlum olub.


Sportal.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün çarter reysilə Bakıdan Bazelə uçacaq.


Zədə səbəbindən Premyer Liqanın 13-cü turunun "Sabah"la oyununda iştirak edə bilməyən Kevin Medina da kollektivlə birlikdə İsveçrəyə uçacacaq. Onun "Bazel"ə qarşı oynayıb-oynamayacağı oyun günü bəlli olacaq. Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero isə komandadan uzaq qalıb.

Xəbər xətti