“Lester” “Yuventus”un 2 futbolçusuna “elçi” düşüb.
Sportal.az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi qışda Andrian Rabyu və Federiko Bernardeskini heyətinə qatmağa çalışacaq.
“Lester” skautları İtaliya A seriyasının 16-cı turu çərçivəsində keçirilən “Yuventus” - “Cenoa” matçını stadiondan canlı izləyib. İngilislər hər 2 futbolçunu heyətinə qatmaq üçün “qoca sinyora” rəhbərliyilə danışıqlara başlayıb.
