Milli komandamızın üzvü Mahir Emrelinin də formasını geyindiyi “Legiya” yeni baş məşqçi ilə müqavilə imzalayacaq.
Sportal.az Przegląd Sportowy saytına istinadən xəbər verir ki, Varşava klubunun yeni baş məşqçisi Marek Papşun olacaq.
2020/21 mövsümünə əsasən Polşa çempionatında ilin məşqçisi seçilən “Rakov”un çalışdırıcısı qışda “Legiya” ilə müqavilə imzalaya bilər.
Bu qış alınmasa da, yayda onunla 3 və ya 5 illik müqavilə imzalanılacaq. Papşun “Legiya” ilə müqavilə imzalayarsa, liqada ən yüksək ödənişli məşqçi olacaq. O, illik 250 min zlot (105 000 manat) qazanacaq.
Onun gəlişilə Varşava klubunu bir çox futbolçunun tərk edəcəyi ehtimal edilir. Emreli bu siyahıya daxil olmasa da, onun komanda yoldaşları Tomaş Pekxart, Andre Martinş və Rafa Lopes komandanı tərk edəcək.
