"Mançester Yunayted"i "Real"a dəyişəcək?

14:22 - 7 Dekabr 2021

“Mançester Yunayted”in hücumçusu Edinson Kavaninin karyerasını harada davam etdirəcəyi hələ ki, dəqiqləşməyib.

Sportal.az xəbər verir ki, uruqvaylı forvard indi də “Real”ın maraq dairəsindədi. 

​34 yaşlı forvard yayda komandanı tərk edəcək. Oyun praktikasından əziyyət çəkən Kavani daha çox oynamaq üçün İngiltərəni tərk edəcək. Yüksək səviyyədə daha bir neçə il oynamaq istəyən təcrübəli hücumçu sonradan ərəb ölkələrinə yollanmağı planlaşdırır. 

Xəbər xətti