“Bazel” və İsveçrə milli komandasının sabiq hücumçusu Aleksandr Fray Konfrans Liqasının 6-cı turunun “Qarabağ”la oyunu barədə danışıb.
Sportal.az xəbər verir ki, veteran futbolçu “Bazel”in “Qarabağ”a qarşı keçirəcəyi oyundakı şanslarını dəyərləndirib:
“Futbolçular üçün avrokubok oyunları hər zaman xüsusi olub. Fərqi yoxdu, rəqib “Mançester Yunayted”di, yoxsa “Qarabağ”.
Fray 1997-1998-ci illər və 2009-2013-cü illərdə "Bazel"in forvardı olub.
