Paytaxt klubunun futbolçusu uzun müddət oynamayacaq

14:50 - 7 Dekabr 2021

“Vest Hem”in futbolçusu Kurt Zuma sıradan çıxıb.

Sportal.az xəbər verir ki, onun nə zaman meydana qayıdacağı dəqiq deyil. 

Fransalı futbolçunun bud nahiyəsindən zədə aldığı məlum olub. Onun uzun müddətə sıradan çıxdığı ehtimal edilir.

​27 yaşlı müdafiəçi bu ildən London klubunda çıxış edir.

"Sent-Etyen" yetirməsi olan Zuma "Çelsi", "Stok Siti", "Everton" klublarında da oynayıb.

 

Xəbər xətti