Yığmamız ərəblərlə heç-heçə oynadı

10:09 - 8 Dekabr 2021

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, BƏƏ-nin U-20 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib.

​Azərbaycan milli komandasının heyətində 70-ci dəqiqədə penaltidən Ayxan Süleymanlı fərqlənib. Bu komandalar arasında növbəti oyun dekabrın 9-da keçiriləcək.

Xəbər xətti