Millimizin üzvü Qazaxıstan klubu ilə müqavilə imzaladı

11:05 - 8 Dekabr 2021

Futzal üzrə Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın hücumçusu Hadi Ahmadi karyerasını Qazaxıstan klubunda davam etdirəcək.

Sportal.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb. 27 yaşlı futzalçı “Bayterek” klubu ilə anlaşıb. Forvard Uralsk təmsilçisi ilə may ayına qədər müqavilə üçün razılığa gəlib.

“Bayterek” hazırda Qazaxıstan çempionatında 6-cı pillədə qərarlaşıb. Komanda dekabrın 11-də və 12-də “Kayrat”la qarşılaşacaq. Hadinin bu oyunlarda iştirak edəcəyi gözlənilir. 

Xəbər xətti