"Qarabağ"a qarşı oynamayacaqlar

11:33 - 8 Dekabr 2021

"Bazel" komandası Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"ı qəbul edəcək.

Sportal.az xəbər verir ki, İsveçrə təmsilçisi bu oyunda 2 futbolçusunun köməyindən istifadə edə bilməyəcək.

“Bazel”in heyətində zədəli olan Andrea Padula və Sebastyano Espozito “Qarabağ”la oyunu buraxacaq.

Dekabrın 9-da gerçəkləşəcək “Bazel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti