İtaliya A seriyası təmsilçisi "Udineze" baş məşqçisiz qalıb.
Sportal.az xəbər verir ki, Luka Qotti istefaya göndərilib. Buna səbəb komandanın uğursuz nəticələridi.
Komandanı müvəqqəti olaraq Qottinin köməkçisi Qabriele Koffi çalışdıracaq.
54 yaşlı mütəxəssis 2019-cu ildən "Udineze"ni çalışdırırdı.
