Konfrans Liqasının qrup mərhələsinin 5 matçında və yerli çempionatlarda ən yaxşı nəticə göstərən komandaların siyahısı açıqlanıb.
Sportal.az xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb. Siyahı klubların yerli çempionatdakı və Konfrans Liqasındakı nəticələrinə əsasən tərtib olunub.
İlk "10-luq"da "Qarabağ" da yer alıb. Azərbaycan təmsilçisi 3 qələbə 2 heç-heçə ilə 7-ci sıradadır.
