Yığma komandamız Türkiyə, Bolqarıstan və Lüksemburqla oynayacaq

13:53 - 8 Dekabr 2021

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, yığma Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

​Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.

Xəbər xətti