Azərbaycan çempionatında ilin son oyunu "Azərsun Arena"da keçiriləcək

15:40 - 8 Dekabr 2021

Azərbaycan Premyer Liqasında XIV turun oyun cədvəli açıqlanıb.

Sportal.az xəbər verir ki, ibaşa çatmaqda olan 2021-ci ilə liderin matçıyla yekun vurulacaq.

Bu, turun mərkəzi oyunu saylan "Qarabağ" - "Zirə" görüşü olacaq.

Onu da bildirək ki, bu ilin son turunun bütün görüşləri “CBC Sport”la canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası

XIV tur

15 dekabr (çərşənbə)

16:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

19:00. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”

 

16 dekabr (cümə axşamı)

19:00. “Qarabağ” – “Zirə”

“Azərsun Arena”

16:30. “Səbail” – “Sabah”
“ASCO Arena”

​XIV turdan sonra Premyer Liqamızda fevarlın 7-8-dək qış fasiləsi yaranacaq.

Xəbər xətti