Çempionlar Liqası: İtaliyada təxirə salınmış oyun

11:04 - 9 Dekabr 2021

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun təxirə salınmış oyunu keçiriləcək.

Sportal.az xəbər verir ki, F qrupunda "Atalanta" "Vilyarreal"ı qəbul edəcək.

Güclü qar səbəbindən dünən keçirilməyən matç bu gün Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Hazırda "Vilyarreal" 7 xalla 2-ci, "Atalanta" isə 6 xalla 3-cü pillədə qərarlaşıb.

Berqamo təmsilçisini növbəti mərhələyə vəsiqə qazanmaq üçün yalnız qələbə qane edir.

Qrupun digər təmsilçiləri "Mançester Yunayted" növbəti mərhələyə vəsiqə qazanıb, "Yanq Boyz" isə avrokuboklarla vidalaşıb.

UEFA Çempionlar Liqası

F qrupu

22:00. "Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) 

Xəbər xətti