"Bazel"in futbolçusu: "Qarabağ" ciddi rəqibdi"

12:00 - 9 Dekabr 2021

"Bazel"in futbolçusu Paytim Kasami Konfrans Liqasının H qrupunun 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək matçla bağlı danışıb.

Sportal.az xəbər verir ki, İsveçrə klubunun aparıcı üzvü Ağdam klubu ilə görüşdə qələbə üçün oynayacaqlarını söyləyib:

​"Oyunun başlama vaxtı qəribədi. Hava da isti deyil. Yəqin ki, buna görə də çox bilet satımayıb. Amma biz bunu qəbul edirik. "Qarabağ" ciddi rəqibdi. Onlar güclü və təcrübəlidi. Avropa Liqası və Çempionlar Liqasında çıxış ediblər. Lakin biz rəqibi analiz etmişik və oyuna hazırıq. Bizi rəqəmlər maraqlandırmır. Hər zaan qalib gəlmək istəyirik. Çünki qrupda 1-ci olmaq istəyirik". (bz Bazel)

Xəbər xətti