Türkiyə mətbuatı Ələsgərov haqda: "Səfərdəki performansı heyranedicidi"

12:14 - 9 Dekabr 2021

Türkiyə mətbuatı milli komandamızın üzvü Namik Ələsgərovun "Bursaspor"dakı çıxışını analiz edib.

Sportal.az xəbər verir ki, türkiyəli həmkarlarımız Ələsgərovun daha da yaxşı performans göstərdiyini yazıb:

"26 yaşlı futbolçunun performansı günü-gündən daha da yaxşılaşır. Meydanda nə qədər çox olsa, bir o qədər komandaya çox fayda verir.

Onun səfərdəki performansı heyranedicidi. O, səfər matçlarında daha çox qol vurur, ev görüşlərində isə assistlər edir. Namik Türkiyə 1-ci diviizonunda 11 oyun keçirib. O, bu görüşlərdə 3 qol, 4 assistlə oynayıb". (Olay)

Xəbər xətti