"Barselona" Çempionlar Liqasındakı çıxışını dayandırdı - VİDEO

12:28 - 9 Dekabr 2021

Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, E qrupunda “Bavariya” son turda “Barselona”nı qəbul edib. Görüş münhenlilərin qələbəsilə başa çatıb.

Bununla da “Barselona” pley-off mərhələsinə adlaya bilməyib. Kataloniya klubu Avropa Liqasında iştirak edəcək.

“Bavariya” – “Barselona” 3:0
Qollar:
Müller 34, Sane 43, Musiala 62

 

Xəbər xətti