"Beşiktaş" yayda icarəyə götürdüyü Miraləm Pyaniçin çıxışından razı deyil.
Sportal.az xəbər verir ki, "qara qartal" rəhbəliyi buna görə də futbolçunu məxsus olduğu "Barselona"ya göndərəcək.
Əslində, "Beşiktaş" Pyaniçi mövsüm sonuna kimi icarəyə götürüb.
Sadəcə onun çıxışı məşqçilər korpusunu razı salmadığından klub onu qışda geri göndərməyi planlaşdırır. 31 yaşlı futbolçu "Beşiktaş"ın ondan narazı olmasına görə, özü də komandanı tərk etmək niyyətindədi.
