Mahir Emrelinin çıxış etdiyi “Legiya” Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda “Spartak”la (Moskva, Rusiya) matç öncəsi ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın əsas müdafiəçisi Filip Mladenoviç sıradan çıxıb. O, dizindən zədə alıb.
Bundan əlavə, digər müdafiəçi Artur Yendjeyçik görüşü cəzalı olduğuna görə buraxacaq. Komandanın futbolçularından Lirim Kastrati, Mattias Johansson və Rafa Lopez isə zədələrini sağaldaraq heyətə qayıdıblar.
saytlarin hazirlanmasi
