"Qarabağ"ın veteran futbolçusu Elmir Xankişiyev Sportal.az saytına açıqlama verib və Ağdam klubunun həm ölkə çempionatında, həm də Konfrans Liqasındakı çıxışını dəyərləndirib.
Xankişiyev ağdamlıların Konfrans Liqasının qrup mərhələsinin 6-cı turunda "Bazel"ə qarşı oynayacaqları oyundakı şansları barədə fikirlərini bildirib:
"Qarabağ" “Bazel”i səfərdə niyə də udmasın? Daha fədakar oynayıb İsveçrədə qələbə qazanmaq olar. Düzdü səfərdi, çətin olacaq. Hər halda “Bazel” də 1-ci yer üçün vuruşur. Amma “Qarabağ” risk etməlidi, itirləcək heç nə yoxdu, çünki heç-heçə də onlara sərf etmir. Qələbə üçün döyüşməlidilər. “Qarabağ”ın oyunu alınsa qələbə ilə dönə bilər. Çalışmaq lazımdı ki, “Bazel”i udub qrup lideri kimi növbəti mərhələyə çıxsın".
"Qarabağ" daha da güclənməlidi. Düzdü, qışda yaxşı oyunçu tapmaq problem olur. Transferlər etsələr daha yaxşı olar. Hücum və müdafiədə güclənmə getsə, daha yaxşı olar. Konfrans Liqasında təmsilçimiin nə qədər irəli getməsi isə püşkdən asılıdı. Məncə, “Qarabağ” normal rəqib düşsə, rahat 1 mərhələ də keçə bilər. O da püşkdən asılı olan məsələdi" - deyə, Elmir Xankişiyev fikirlərini yekunlaşdırıb.
