Məşhur müdafiəçi karyerasını bitirdi

16:50 - 9 Dekabr 2021

Türkiyənin "Fatih Karagümrük" klubunda çıxış edən Medhi Benatiya karyerasını bitirib.

 

Sportal.az xəbər verir ki, mərakeşli müdafiəçi 34 yaşında peşəkar karyerasını başa vurub. Bu barədə futbolçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

Qeyd edək ki, peşəkar karyerasına "Marsel"də başlayan Benatiya "Udineze", "Roma", "Bavariya", "Yuventus" kimi klublarda çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi 66 dəfə Mərakeş millisinin formasını geyinib.

Xəbər xətti