Çempionlar Liqası: "Atalanta" evdə "Vilyareal"la bacarmadı - VİDEO

10:49 - 10 Dekabr 2021

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Sportal.az xəbər verir ki, F qrupunun təxirə salınmış oyununda "Atalanta" "Vilyarreal"la qarşılaşıb. İtaliyada keçirilən matç ispanların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbə sayəsində xallarını 10-a çatdıran "Vilyarreal" qrupda 2-ci pilləni tutaraq 1/8 finala vəsiqə qazanıb. "Atalanta" isə mübarizəni Avropa Liqasının pley-offunda davam etdirəcək. 

UEFA Çempionlar Liqası

F qrupu


"Atalanta" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 2:3
Qollar:
Malinovski, 71, Zapata, 80 – Danjuma, 3, 51, Kapue, 42

Xəbər xətti