"Kəpəz" bizimlə matçda özünü sübut etməyə çalışacaq"

14:05 - 10 Dekabr 2021

"Sabah"ın müdafiəçisi Bəxtiyar Həsənalızadə Sportal.az saytına açıqlama verib.

Masazır təmsilçisinin üzvü öıkə kubonun 1/8 final mərhələsinin "Kəpəz"ə qarşı keçirəcəyi görüşlə bağlı danışıb.

O, həm də Premyer Liqada ilin son görüşündə oynayacaqları "Səbail"lə matç barədə də fikirlərini deyib: "Hər 2 oyunumuz çətin keçəcək. Həm "Kəpəz" matçı, həm də "Səbail"ə qarşı oyun. "Kəpəz" bizimlə matçda özünü sübut etməyə çalışacaq. Kubok oyununa biz də ciddi hazırlaşmışıq və oyuna qələbə üçün çıxacağıq.

"Səbail" isə öz meydanında "Qarabağ"ı məğlub etmiş komandadı. Hər halda bu da onlarla oyuna ciddi hazırlaşmağa bəs edər. "Kəpəz"lə matçdan sonra "Səbail" oyununa köklənəcəyik. Məqsədimiz daha yaxşı futbol oynayıb, daha yaxşı yerlərdə olmaqdı".

Xəbər xətti