“Lester”in baş məşqçisi Brendan Rocers komandasının Avropa Liqası ilə vidalaşıb Konfrans Liqasındakı çıxışı haqda danışıb.
Sportal.az xəbər verir ki, Rocers çıxış edəcəkləri yeni turnir barədə bunları söyləyib:
"Düzünü deyim, Konfrans Liqasının nə turnir olduğunu bilmirəm. Əslində, özümü Avropa Liqasına kökləmişdim. Qrupda 1-ci və ya 2-ci yeri tutmaq istəyirdik.
Konfrans Liqasına bütün hörmətimlə yanaşıram, amma bunun necə turnir olduğunu hələ bilmirəm.
Əminəm ki, tezliklə bu turnirlə bağlı hər şeyi öyrənəcəyəm.
