İngiltərə millisinin sabiq forvardı Qari Lineker Avropa Liqasının qrup mərhələsinin son turunda "Lester"in "Napoli"yə məğlubiyyətini şərh edib.
Sportal.az xəbər verir ki, Lineker şəxsi tvitter səhifəsində Konfrans Liqasında çıxış edəcək "Lester" haqda bunları yazıb:
"Uşaqlıqdan arzu edirdim ki, "Lester" Konfrans Liqasını qazansın. Onlar buna bir addım da yaxınlaşdılar".
Avropa Liqasının C qrupunda mübarizə aparan "Lester" "Napoli"yə səfərdə uduzduqdan sonra qrupda 3-cü pilləni tutaraq Konfrans Liqasında çıxış etmək hüququ qazanıb.
