Karlsen növbəti dəfə dünya çempionu oldu

20:45 - 10 Dekabr 2021

Şahmat üzrə dünya çempionunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, norveçli qrossmeyster Maqnus Karlsen növbəti dəfə titulun sahibi olub. 

 

31 yaşlı şahmatçı rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Bununla da sona 3 tur qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

 

Qeyd edək ki, Maqnus Karlsen 2013, 2014, 2016, 2018 və 2021-ci illərdə dünyanın ən güclü şahmatçısı olub.

Xəbər xətti