Virgil van Diyk: "Meydana çıxdığım bütün oyunları bəyənirəm"

10:08 - 12 Dekabr 2021

“Liverpul”un müdafiəçisi Vircil van Deyk Premyer Liqanın 16-cı turu çərçivəsində komandasının “Aston Villa” (1:0) üzərindəki məğlubiyyətini şərh edib.

Sportal.az xəbər verir ki, niderlandlı futbolçu Birmingem təmsilçisi ilə görüş haqda bunları deyib:

“Meydana çıxdığım bütün matçları bəyənirəm. Çətin oyun olacağı dəqiq idi. Biz bilirdik ki, səbr edib, hər oyunda mübarizə aparmalıyıq. Yəni, komanda ən azından bunu etməlidi.

“Aston Villa” qapımız qarşısında bir neçə qol epizodu yaratdı. Amma o qədər də çox deyildi. Qələbəyə layiq idik. Daha çoxuna layiq idik. Hesab 1:0 olandan sonra daha çoxunu edə bilərdik. Amma bunu edə bilmədik”.

Xəbər xətti