Portuqaliya çempionatında 14-cü turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Tondela” da növbəti oyununu keçirib.
Dadaşovun komandası səfərdə “Vitoriya” ilə üz-üzə gəlib.
Matç qonaqların 5:2 hesablı qələbəsilə başa çatıb. Meydana start heyətində çıxan millimizin hücumçusu sona qədər oyunda olub.
Renatın komandası 61-ci dəqiqədə meydanda 10 nəfərlə qalıb. Hazırda “Tondela” 12 xalla 11-ci pillədədi.
