“Aston Villa”nın baş məşqçisi Stiven Cerrard Premyer Liqanın 16-cı turu çərçivəsində “Liverpul”a (0:1) qarşı keçirilən oyunu şərh edib.
Sportal.az xəbər verir ki, gənc mütəxəssis matçdakı məğlubiyyəti şərh edib:
“Liverpul” daha yaxşı oynadı. Rəqibin oyun stili bizimkindən daha yaxşı idi. Uzun müddət onları saxlaya bilmədik. Penalti? Epizoda təkrar baxsanız, görərsiniz ki, öncə Mohammad Salah Minqsə qarşı kobud oynayır. Məğlub olursunuzsa, bu, həmişə ağırdı. Son dəqiqələri daha güclü keçirdik, nəinki ilk dəqiqələri. Amma yenə də uduzduq".
