Ronaldo: "Nə istədiyimizi bilirik"

12:56 - 12 Dekabr 2021

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 16-cı turunun "Norviçlə" (1:0) oyunundan sonra şəxsi instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, portuqaliya forvard komandasının qələbəsini bu cür şərh edib:

"Doğru istiqamətdə daha bir addım. Nə istədiyimizi bilirik. Bunun üçün nə etməli olduğumuzu da yaxşı anlayırıq. Hər şey özümüzdən asılıdı. Afərin, uşaqlar. İrəli, "şeytanlar"!". 

Xəbər xətti