Namik Ələsgərovun növbəti qolunu vurduğu oyun - VİDEO

13:10 - 12 Dekabr 2021

Türkiyə 1-ci divizionunda 16-cı turun matçları keçirilib.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Namik Ələsgərov “Bursaspor”un heyətində növbəti oyununu keçirib.

Onun komandası “Manisa” ilə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə nəticələnib. Matça start heyətində çıxan Ələsgərov 51-ci dəqiqədə komandasının yeganə qolunu vurub. O, 86-cı dəqiqədə əvəzlənib. Bu, Namikin mövsüm ərzində 4-cü qolu olub. Hazırda “Bursaspor” 18 xalla 14-cü pillədədi. 

Xəbər xətti