"Qarabağ"ın veteran futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. Ağdam klubunun sabiq oyunçusu komandanın avrokuboklardakı çıxışını dəyərəndirib.
- “Qarabağ” “Bazel”lə səfər görüşündən məğlubiyyətlə ayrıldı. Hesabın bu cür olacağını ehtimal edirdin?
- Hesabın belə olacağını gözləmirdim. Hesab oyuna görə olmadı. Çünki oyunda üstün tərəf “Qarabağ” idi. Çox sayda qol imkanları da yaratdılar. Sadəcə həmin gün top “Bazel”in toruna daxil olmaq istəmirdi. İdman xoşbəxtliyi “Bazel”in tərəfindəydi.
- “Qarabağ”ın məğlubiyyətinə əsas səbəb nə idi?
- Əsas səbəb təbii ki, hakimin kobud səhvi idi. O, “Qarabağ”ın təmiz qolunu hesaba almadı. Bu da oyunun nəticəsinə təsir etdi.
- Hakimlər “Qarabağ”ın qolunu qeydə almayara biabırçı səhvə yol verdi. Səncə, hakimlərin bu cür səhvə yol verməsinə səbəb nə idi, epizodu görmədilər, yoxsa bilərəkdən etdilər?
- Hakimlər çox obud səhv etdi. Baş hakim görməyə bilərdi, ancaq yan xətt hakimləri hara baxırdı, bilmirəm. Bir sözlə, hakimlər “Qarabağ”ın məğlubiyyətində böyük rol oynadı.
- “Qarabağ” “İnter”ə (İtaliya) qarşı Bakıdakı oyunda da qol vursa da, hakimlər bunu qeydə almamışdı. Düşünmürsən ki, burada kənar qüvvələrin təsiri var?
- Kənardan hər hansı qüvvənin olduğunu düşünmürəm. Sadəcə, dediyim kimi hakimlərin “Qarabağ”ın məğlubiyyətində böyük rolu oldu.
- Ağdam təmsilçisinin potensial rəqibləri arasında “Fənərbaxça”, “Lester”, “Marsel”, PSV, “Rapid” kimi komandalar var. Səncə, hansı komanda düşsə, “Qarabağ” üçün yaxşıdı?
- Məncə, “Rapid”, “Fənərbaxça” düşsə yaxşıdı. “Qarabağ” bu komandalarla oynamaq gücündədi. 2-ci dəqiqədə vurulan qol qeydə alınsaydı, biz bu günki gündə “Qarabağ”ın qələbəsindən danışardıq. Məğlubiyyətə baxmayaraq, “Qarabağ” və futbol camiəsini təbrik etmək istəyirəm. Futbolumuz adına bir ilkə imza atdılar, qrupdan çıxdılar. Allah qoysa, növbəti oyunda da bizləri sevindirəcəklərinə inanıram. “Qarabağ”ın daha bir ilkə imza atacağına inamım böyükdü.
